Xəbərlər



Hansı sabun koronavirusdan daha yaxşı qoruyur? Həkimlərin tövsiyələri
Hansı sabun koronavirusdan daha yaxşı qoruyur? Həkimlərin tövsiyələri



ÜST koronavirusdan qorunmaq üçün tez-tez əlləri yumağı tövsiyə edir. Lakin bəzi insanlar bunu lazım olandan daha ciddi qəbul edir və əllərini yerli-yersiz aqressiv antibakterial sabunla yuyur, hər dəqiqə spirtlə silirlər.

Nəticədə dərinin qoruyucu lipid qatı yuyulur, dəri həddindən artıq quruyur, üzərində çatlar əmələ gəlir. Bunun nəticəsində dəri öz müdafiə funksiyasını itirir və əllərin üzərinə düşən istənilən mikrob, virus və s. patogen asanlıqla orqanizmə daxil olub xəstəliklərin inkişafına səbəb ola bilər. Həmçinin bu bir çox dəri xəstəliklərinin də (ekzema, dermatit və s.) riskini xeyli artırır.

Əlləri çöldən evə qayıtdıqdan və tualetdən sonra, yemək yedikdən əvvəl mütləq yumaq lazımdır. Evdən çıxmırsınızsa, əllərinizi hər 10 dəqiqədən bir yumağa və ya spirtlə silməyə ehtiyac yoxdur.

Rusiayalı immunoloq Vyaçeslav Jemçuqov m24.ru-ya bildirib: “Sabunun markası heç bir əhəmiyyət daşımır. İstənilən sabun – bərk və ya duru – ola bilər”.

Saglamolun.az bildirir ki, həkim-terapevt Lyudmila Lapanın sözlərinə görə, uşaq və ya məişət sabunu (72%) daha yaxşıdır. Onların tərkibində olan maddələr çirk və virusları daha yaxşı yuyub aparır.

“Dəriniz həssasdırsa uşaq sabunundan istifadə edin”, - həkim bildirib

Mütəxəssislər qeyd edir ki, əllərin dezinfeksiyası üçün tibbi spirtdən istifadə olunmamalıdır. Bu dəri üçün çox ziyanlıdır. Həmçinin 95% tibbi spirt çox tez buxarlanır və nəticədə lazım olan dezinfeksiya əldə olunmur. Koronavirusu məhv etmək üçün spirt əllərdə bir müddət qalmalıdır. 60-70% spirt və ya xüsusi saniteyzer daha yaxşıdır. Belə spirt daha gec buxarlanır və koronavirusu tam məhv edir.

“Sabun və su koronavirusu məhv edən ən yaxşı vasitələrdir. Bu istənilən sanitayzerin istifadəsindən qat-qat daha effektlidir” – mütəxəssislər qeyd edir.
Baxış sayı: 72