Ana Sayfa > Xəbərlər > Xankəndidə təxribat: partlayışı kim və niyə törədib?
Xankəndidə təxribat: partlayışı kim və niyə törədib?26-09-2023, 10:12. Yazar: ailehekimiklinikasi |
Xankəndidə yanacaq məntəqəsində baş verən partlayış nəticəsində yaralıların sayının 200-dən çox olduğu iddia edilir. Və əsas tələb kimi hava məkanının açılmasını, yaralıların helikopterlərlə Ermənistana daşınmasını irəli sürürlər. Axar.az xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı qeyd edib. O bildirib ki, əgər partlayış hazırlanmış təxribatın nəticəsidirsə, bunu hava məkanının açılmasını istəyənlər edə bilər: “Hava məkanının açılmasında ən çox maraqlı olanlar isə separatçılardır - həm keçmiş, həm hazırki “rəhbərlər”: - keçmiş “rəhbərləri” təhvil-təslim prosesinin sonunda həbs edilmək təhlükəsi ilə yaşayır: onlar Laçın yolundan çıxmağa risk etmədikləri üçün helikopterlə getməkdə maraqlıdır; - hazırki “rəhbərlər”in əsas missiyası Azərbaycanın əlinə keçməsini istəmədikləri sənədləri, yaxud hansısa daşına bilən əşyaları “təhlükəsiz” şəraitdə bölgədən çıxarmaq ola bilər. Benzin çəninin dolu olub-olmaması da hadisə ilə bağlı ehtimalların yönünü dəyişə bilər: əgər çən dolu olubsa, bu partlayış ermənilərin Ermənistana getməsini səngidəcək”. Geri dön |