Ana Sayfa > Xəbərlər > ABŞ Qara dəniz üzərində uçuşları bərpa etdi

ABŞ Qara dəniz üzərində uçuşları bərpa etdi


18-03-2023, 17:06. Yazar: ailehekimiklinikasi
ABŞ Qara dəniz üzərində uçuşları bərpa etdi


ABŞ Qara dəniz üzərində pilotsuz təyyarələrin uçuşlarını bərpa edib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ martın 17-də Qara dəniz üzərində pilotsuz təyyarələrin uçuşlarını bərpa edib. RQ-4 “Global Hawk” PUA-nın bölgəyə uçuş həyata keçirdiyi qeyd edilir.

Bir səlahiyyətli bildirib ki, bu uçuş MQ-9 Reaper pilotsuz təyyarəsi insidentindən sonra ilk uçuşdur.

Martın 14-də ABŞ-ın Avropa Komandanlığı Rusiyaya məxsus Su-27-nin Qara dəniz üzərində Amerikanın MQ-9 pilotsuz təyyarəsinin pərvanəsini vurduğunu, bundan sonra pilotsuz təyyarənin beynəlxalq sulara düşdüyünü açıqlayıb.

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi rus qırıcılarının hava-desant silahlarından istifadə etmədiyini və ABŞ pilotsuz təyyarəsi ilə təmasda olmadığını bildirib.
Geri dön