Ana Sayfa > Xəbərlər > Əliyev Makronu dünyanın gözü qarşısında RƏZİL DURUMA SALDI
Əliyev Makronu dünyanın gözü qarşısında RƏZİL DURUMA SALDI3-11-2022, 10:15. Yazar: ailehekimiklinikasi |
Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etməsi Azərbaycanın son illər artan nüfuzunun, daha uzaq coğrafiyaları əhatə etməyə başlayan iqtisadi və siyasi imkanlarının və əsas da qlobal proseslərdəki obyektiv mövqeyinin nəticəsidir. Əlcəzairə səfəri çərçivəsində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdikdən sonra Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında çıxışı zamanı "Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib" bəyanatını səsləndirən İlham Əliyev bununla da bu yaxınlarda bir müsahibəsində Azərbaycanı Ermənistana qarşı təcavüzkarlıqda ittiham edən simasız Emmanuel Makrona tutarlı cavab vermiş oldu. Dövlət başçısının "Bu gün bu dəhşətli hadisəni xatırlayarkən gələcəkdə belə fəlakətlərin qarşısının alınması üçün əlimizdən gələni etməliyik" sözləri əslində Fransanın anti-Azərbaycan və ermənipərəst siyasətinə, Prezident Emanuel Makronun və Fransanın digər rəsmi şəxslərinin əsassız və qərəzli bəyanatlarına, Fransa parlamentinin Azərbaycana qarşı qəbul etmək istədiyi "sənədə" sillə kimi cavabı idi. Az qala hər vəchlə Azərbaycanı ittiham etməkdən geri addım atmayan rəsmi Paris üçün bundan yaxşı cavab ola bilməzdi. Əliyev bu çıxışı ilə Fransaya güzgü siyasətinin klassikasını nümayiş etdirib. Dövlət başçısı Azərbaycanı heç bir əsas olmadan, delimitasiya-demarkasiya prosesi icra edilmədən, ortada konkret bir xəritə olmadan Azərbaycanı Ermənistan ərazisini işğalda, təcavüzdə ittiham edən Fransaya əsl işğalçının, təcavüzkarın, müstəmləkə siyasəti ilə 100 illərdir insanları öz doğma yurd-yuvalarında əsir halında yaşadanın kim olduğunu faktlarla nümayiş etdirdi, əyani göstərmiş oldu. Nəticə etibarilə Prezident İlham Əliyevin Əlcəzairə səfəri bir daha göstərdi ki, rəsmi Bakı başda Fransa olmaqla, ona qarşı irəli sürülən əsassız ittihamlara tarixi faktlar və reallıqlar ilə cavab vermək qüdrətindədir. Əliyevin Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda, ən qürurverici səhifələrindən birini özündə əks etdirən mühüm kompleks hesab edilən Milli Mücahidlər Muzeyini Zirvə toplantısından öncə ziyarət etməsi Fransa və digər işğalçılara bu nöqteyi nəzərdən olduqca əhəmiyyətli bir subliminal mesaj idi. Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasəti, müharibə və insanlıq əleyhinə cinayətləri ilə bağlı faktların toplandığı bu muzey çox unikal əhəmiyyətə malikdir. Çünki Milli Mücahidlər Muzeyi Fransa kalonial sisteminin bütün çirkab oyunlarının əyani mənzərəsini özündə əks etdirə bilir. Buradakı ekspanatlarda 1830-1962-ci illərdə Əlcəzairin milli azadlıq mücadiləsi dövründə Fransanın onlara qarşı istifadə olunan silahlarına qədər eksponatlar cəmlənib. Bu səbəbdən də Azərbaycan Prezidentinin ziyarətin özü də simvolik bir məsələdir. Çünki bu, əslində Fransa müstəmləkəçiliyinin tarixini bir də Əliyev tərəfindən nümayiş etdirmək deməkdir. O Fransa ki, artıq tarixin yaddaşına köçən Qarabağ münaqişəsinin həll olunması məqsədilə yaradılan ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən biri idi. 30 illik erməni işğalı zamanı Fransanın ermənipərəst mövqeyindən isə heç danışmağına dəyməz. 44 günlük müharibənin ilk günündən qatı ermənipərəst mövqeyini ortaya qoyan Fransa dünəninə nəzər yetirdikdə tarixindən qan damladığı aydın göründüyü halda özünə "sülh quşu" obrazı çizməklə törətdiyi qətliamları, insanlığa qarşı vəhşilikləri keçmişindən siləcəyinimi düşündü? İlham Əliyev məhz Ərəb Liqasında çıxışından öncə bu muzeyə baş çəkməklə lazımı dairələrə lazımı mesajını çatdırmış oldu. Əliyev tərəfindən müstəmləkəçiliyə qarşı bir mübarizə simvolu hesab edilən bu muzeydən verdiyi mesajlar isə Fransanın qaranlıq, qanla dolu keçmişindən fərqli olaraq dünya ictimaiyyətinin, İslam dünyasının çox aydın başa düşəcəyi şəkildə idi. Çünki Fransa bu günkü gün İslama düşmənçilik elan edib. Belə olmasaydı, Fransa tarixçilərdən ibarət komissiyanın Əlcəzairdəki milyon yarım insanın qətlinin araşdırmalı olduğunu tələb etdiyi kimi "erməni soyqırımı" məsələsində də R.T.Ərdoğanın təklif etdiyi kimi türk və erməni tarixçilərdən ibarət komissiyanın məsələni araşdırmasına ehtiyac görərdi, Türkiyə tərəfini birbaşa soyqırım törətməkdə ittiham etməkdən çəkinərdi. Prezident İlham Əliyevin "Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla müstəmləkə siyasəti aparılıb" ifadəsi bir daha deməyə əsas yaradır ki, doğru zamanda doğru səfər və yerində səsləndirilmiş bəyanatdır. Fransaya, ermənipərəst Emanuel Makrona bundan gözəl cavab ola bilməzdi. Bununla da Əliyev Azərbaycana qarşı qərəzli heç bir əsası olmayan ittihamlarla vaxtaşırı çıxışlar edən Makron və onun ermənipərəst çevrəsini nəyinki Fransa xalqının, dünyanın gözü qarşısında qarşısında rəzil duruma salmaqla boşboğazlıq etməyin sonunun nə ilə nəticələnəcəyini əyani göstərdi. Geri dön |