Ana Sayfa > Xəbərlər > Putin Moskvada BMT-nin baş katibini qəbul edəcək
Putin Moskvada BMT-nin baş katibini qəbul edəcək22-04-2022, 22:32. Yazar: ailehekimiklinikasi |
Rusiya Prezidenti Vladimir Putin aprelin 26-da Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmaq üçün Moskvaya gələcək BMT-nin baş katibi Antonio Quterreşi qəbul edəcək. Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Aaprelin 26-da BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmaq üçün Moskvaya gələcək. Onu Rusiya prezidenti Vladimir Putin də qəbul edəcək", - Kremlin sözçüsü bildirib. Quterreşin ofisi BMT baş katibinin aprelin 25-də Lavrov və Putinlə görüşmək üçün Moskvaya gedəcəyini təsdiqləyib: "BMT-nin baş katibi aprelin 25-də Rusiyaya səfər edəcək. Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrovla işgüzar nahar və görüş keçirəcək. Baş katibi Rusiya Prezidenti Vladimir Putin qəbul edəcək", - deyə BMT-dən bildiriblər. Baş katib Moskvada Ukraynada atəşkəs üçün addımların atılması ilə bağlı məsələləri müzakirə etmək istəyir. Aprelin 19-da Quterreş Rusiya və Ukraynanın BMT-dəki daimi nümayəndəliklərinə məktublar göndərərək iki ölkənin prezidentləri - Vladimir Putin və Volodimir Zelenskidən onu paytaxtlarında qəbul etmələrini xahiş edib. Geri dön |