Ana Sayfa > Gözəllik və təbabət > Baş ağrısı və başgicəllənməni aradan qaldıran MÜALİCƏVİ MƏŞQ
Baş ağrısı və başgicəllənməni aradan qaldıran MÜALİCƏVİ MƏŞQ19-09-2023, 08:05. Yazar: ailehekimiklinikasi |
Şərqdən gələn bu məşq aktiv nöqtələrə təzyiq nəticəsində bədənə müalicəvi təsir göstərir. Publika.az oxucuları bu sadə məşqin bədənə faydaları ilə tanış edir. Məşqə başlamaq üçün ən azı 7 səbəb var: qan dövranını yaxşılaşdırır; limfanı sürətləndirir; damarların divarlarını gücləndirir; varikoz damarların inkişafına mane olur; diz oynaqlarını və baldır əzələlərini gücləndirir; baş ağrısı və başgicəllənməni aradan qaldırır; yüksək qan təzyiqini normallaşdırır. Bir qədər aralı dayanıb əllərinizi divara söykəyin. Daha sonra dabanları yuxarı qaldırıb barmaq uclarında dayanmağa çalışın. Bir-iki saniyə bu şəkildə dayanaraq əvvəlki vəziyyətə qayıdın. Beləliklə, hərəkəti 20-dən 50-yə qədər təkrarlayın. Daha effektiv nəticə əldə etmək istəyirsinizsə, gün ərzində - hər səhər, gündüz və axşam məşqləri təkrarlamaq tövsiyə olunur. Bacarsanız, məşqi divardan tutmadan həyata keçirin. Məşq faydalı olsa da, ona başlamazdan həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur! Geri dön |