Xəbərlər



Dənizdə dalğanın hündürlüyü 4 metrə çatdı
Dənizdə dalğanın hündürlüyü 4 metrə çatdı



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti saat 15:00-a olan hava məlumatını açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə,şimal- qərb küləyi arabir Sumqayıtda 34 m/s, Bakıda 35 m/s, Balakəndə 25 m/s, Pirallahıda 26 m/s, Maştağada, Ələtdə, Neftçalada 24 m/s, Ağstafada, Neft Daşlarında və Tərtərdə 22 m/s, Zabratda 21 m/s, Nabranda, Çilovda, Zaqatalada və Gəncədə 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.8 metrə çatıb.
Baxış sayı: 22