Xəbərlər



Braziliya NATO-ya üzv olacaq? – Moskvadan cavab
Braziliya NATO-ya üzv olacaq? – Moskvadan cavab

Rusiya Federasiyanın Şurasının informasiya siyasəti üzrə komissiyasının sədri Aleksey Puşkov Braziliyanın NATO-ya qəbul edilməsi ilə bağlı ABŞ prezidenti Donald Trampın təşəbbüsünü şərh edib.

Ailehekimiklinikasi.az Rusiya mediasına istinadən xəbər verir ki, senatorun sözlərinə görə, Trampın ideyası ABŞ-ın Avropakı müttəfiqlərində “şok və heyrət” doğurub.

Həmçinin, senator bildirib ki, Amerika lideri onları heyrətləndirməyi dayandırmır.

“Və onda NATO olmayacaq, NSATO (North & South Atlantic Treaty Organisation) olacaq. O Latın Amerikasına da “demokratiyanın ixracıyla” məşğul olmalı olacaq. Amma güclər çatacaqmı?” - o tvitter hesabında yazıb.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Braziliya üçün NATO-ya üzvlük, yaxud da başqa bir ittifaq variantları güclü bir şəkildə dəyərləndirilir.
Baxış sayı: 115