Xəbərlər



Güneyli gənclər İlham Əliyevə SƏSLƏNDİ: "Vətənimizin o tayı, bu tayı yoxdur"
Güneyli gənclər İlham Əliyevə SƏSLƏNDİ: "Vətənimizin o tayı, bu tayı yoxdur"


Təbriz, Ərdəbil və digər şəhərlərdə Azərbaycan Prezidentinə dəstək posterləri yayılıb.

Publika.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Gün ərzində Güney Azərbaycan şəhərlərinin müxtəlif yerlərinə vurulan posterlərdə yazılır:

"Cənab prezident, türk gəncliyi sizin mesajınızı alıbdır. Azərbaycan dövləti öz dövlətimiz, Azərbaycan prezidenti öz prezidentimizdir. Biz hər zaman güneyli gənclər olaraq, Azərbaycanın cəbhəsindəyik. Vətənimizin o tayı, bu tayı yoxdur. Biz böyük Azərbaycanıq!”
Baxış sayı: 173