Zeytun yağında olein turşusu və antioksidantlar vardır ki, orqanizmdən hüceyrələrin mutasiyasını yaradan toksiki maddələri xaric etməyə yardım edir, onun nəticəsində də onkoloji xəstəliklərin yaranma riski azalmış olur. Diabet xəstəliyinin yaranmasının profilaktikasında da faydalıdır. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində effektivdir, öd daşı xəstəliyinin yaranmasının qarşısını alır, zeytun yağı həm vitaminlərlə zəngindir, həm də antioksidant təsirə malikdir, tərkibindəki vitamin E gəncləşdirici təsir göstərir. Zeytun yağının tərkibində polifenolun (vitaminlərin effektiv mənimsənilməsinə yardım edən vasitə) olmasını təsdiq edən göstəricisi onun acı olmasıdır. Digər bitki yağlarının tərkibində polifenol yoxdur.
Zeytun yağı ən şəfalı və xeyirli bitki yağı hesab edilir. Bu yağın insan orqanizminə olan müsbət təsiri Qədim Yunanıstanda yaşayan insanlara məlum idi və yuxudan oyandıqda onlar mütləq bir neçə qurtum zeytun yağı içərdilər, sonra isə 1x/q bal udardılar. Gündəlik belə qidalanma həm də insanın cinsi gücünü saxlamağa yardım edirdi. Zeytun yağının kulina-riyada istifadəsi ilə yanaşı, onun kosmetologiyada da istifadəsi çox genişdir. Hətta qədimdə bu yağdan işıqlanma məqsədilə də istifadə edirdilər. Xristian dinində zeytun yağı allaha ibadət zamanı müəyyən rituallardə istifadə edilir. Zeytun yağı həm də doymamış yağ turşuları və polifenolla zəngindir. Ona görə də dəyərli bir dietik ərzaq hesab edilir. Ürək-damar xəstəliklərinin profilaktikası məqsədilə həkimlər mütləq zeytun yağından istifadə etməyi tövsiyə edirlər. Məhz bu təbii dietaya rəğmən bütün Aralıq dənizi sahili əhalisi demək olar ki, ürək-damar xəstəlikləri ilə çox xəstələnmirlər. “Aralıq dənizi dietası” bu gün çox məhşurdur, amma Aralıq dənizi sahilində yaşa-yanlar arıqlamaq məqsədilə bu cür qidalanmır. Sadəcə olaraq bu tip qidalanma onların, həmin regionun insanlarının həyat tərzidir. Aralıq dənizi dietası-qidalanmada ekoloji təmiz ərzaqların istifadəsidir: tərəvəzlər, meyvələr, çox yağlı olmayan balıq, az miqdar ət və heyvani yağ. Həmin dietada əsasən zeytun yağı istifadə edilir.Elmi mənbələrin gəldiyi qənaətə görə gündə 2 x/q zeytun yağı qəbul etmək koronar çatışmazlıq riskini aşağı salır.
Professor Fransisko qrande Coviána görə: ürək-damar xəstəlikləri, aterosklerotik xəstəliklər sənaye cəhətdən inkişaf etmiş ölkələrdə daha çox rast gəlinir. Ateroskleroz isə daha çox qidalanma, həyat tərzi ilə əlaqəlidir.
Belə ki, qanda xolesterinin miqdarı kəskin artır, arterial hipertoniya, şəkərli diabet yaranır. Siqaret çəkmə də bu xəstəliklərin intensivləşməsinə səbəb olur. Hansı ölkələrdə yalnız zeytun yağından istifadə edilirsə orada ürək–damar xəstəliklərindən ölüm faizi daha aşağı olur. Orqanizmdə xolesterinin miqdarına nəzarət etmək üçün doymuş, trans yağlardan və xolesterindən az istifadə etmək lazımdır. Meyvə, tərəvəz, kəpəkli taxıl məhsullarından, az yağlı süd məhsulları, toyuq və hind toyuğu döş əti, balıq, lobya, bitki yağı (zeytun yağı və s.), qozvə digər çərəzlərdən istifadə etmək məsləhətdir.
Müəllif: Firəngiz Rüstəmova
"TƏBABƏT VƏ MİFOLOGİYA: GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN ƏLAQƏLƏR" kitabından