Xəbərlər



Ən ölümcül siqaret növünün adı açıqlandı - ARAŞDIRMA
Ən ölümcül siqaret növünün adı açıqlandı - ARAŞDIRMA


Amerikalı alimlər bu nəticəyə gəliblər ki, sağlamlıq üçün ən çox təhlükəni filtrsiz siqaretlərdir.

Ailehekimiklinikasi.az xarici mətbuata istinadən xəbər verir ki, bu, ABŞ-ın Cənubi Karolina Tibb Universitetinin mütəxəssisləri tərəfindən aparılan yeni bir araşdırmada müəyyən edilib.

Yeni məlumatlara əsasən, filtirsiz siqaret çəkən insanların ağ ciyər xərçəngindən ölmə riski adi siqaret çəkənlərə nisbətən iki dəfə çoxdur. Ümumiyyətlə, bu cür siqaret çəkmək ölüm ehtimalını 30% artırır.
Eyni zamanda, tədqiqatçıların fikrincə, yüngül və çox yüngül siqaretlər də adi olanlardan heç də az təhlükəli deyillər. MedicalXpress saytında 23 May cümə axşamı yayımlanan mətbuat şərhinə görə, 90 faiz ağ ciyər xərçəngi hər iki növ siqareti çəkməklə əlaqəlidir.

Elmi işin müəlliflərindən biri olan Nina Tomas deyir ki, hələlik tam aydın deyil, niyə məhz filtirsiz siqaretlər daha çox təhlükəlidir. Onun sözlərinə görə, bu, onların içərisində yüksək miqdarda qatranın olması ilə də bağlı ola bilər.

Araşdırmada 55 yaşdan 74 yaşa qədər olan 14 min qatı siqaret çəkənlərin sağlamlıq vəziyyəti haqqında məlumatlardan istifadə edilmişdir.
Baxış sayı: 79