Xəbərlər



SƏDƏRƏK TİCARƏT MƏRKƏZİNDƏ YANĞIN
Sədərək Ticarət Mərkəzində yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin rəsmisi Əkbər Novruzov bildirib ki, yanğın təxminən 1000 kvadrat metrlik ərazini əhatə edib. Onun sözlərinə görə, yanğınsöndürənlər 1 saat ərzində alovu söndürə biliblər.

Yanğını söndürmək üçün havaya helikopter də qaldırılmışdı.

TƏBİB-dən ("Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi") BBC News Azərbaycancaya verilən məlumata görə, hadisə yerində 9 nəfərə ambulator tibbi yardım göstərilib.

Başından travma aldığı bildirilən bir nəfər isə 1 saylı Kliniki tibbi Mərkəzə aparılıb, daha sonra evə buraxılıb, TƏBİB-in sözçüsü Rəvanə Əliyeva deyib.

BBC News Azərbaycancanın hadisə yerində olan müxbiri xəbər verir ki, ilkin ehtimala görə, yanğın elektrikdən baş verib.

Ticarət mərkəzində yanğına yaxın dükanların işçiləri öz mallarını xilas etməyə çalışırlar.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Bakıda yerləşən "Sədərək" Ticarət Mərkəzində çərşənbə axşamı səhər saatlarında başlayan yanğın 2 saat əvvəl söndürülüb. (Məlumat https://www.bbc.com/ istinadən verilib)
SƏDƏRƏK TİCARƏT MƏRKƏZİNDƏ YANĞIN


[/b][b]
Baxış sayı: 236