Ana Sayfa > Manşet / Gündəm / Xəbərlər > İranda güclü zəlzələ: 23 nəfər xəsarət alıb
İranda güclü zəlzələ: 23 nəfər xəsarət alıb1-04-2018, 20:20. Yazar: ailehekimiklinikasi |
![]() İranda 5,3 bal gücündə zəlzələ olub. Ailehekimiklinikası.az-ın Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar Kermanşah vilayətində, Sarpol-e-Zahabda qeydə alınıb. Vilayətin səhiyyə xidmətinin nümayəndəsi Maziar Təhmasibi bildirib ki, zəlzələ zamanı 23 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, 5,3 bal gücə malik zəlzələ İran-İraq sərhədində qeydə alınıb. Zəlzələnin episentri İranın İlam şəhərindən 89 kilometr şimal-qərbdə, Sarpol-e-Zahabidən 25 kilometr cənubda və İraqın paytaxtı Bağdaddan 163 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub. Geri dön |