Ana Sayfa > Manşet / Səhiyyə > Poliuriya - gündəlik sidik ifrazının artması
Poliuriya - gündəlik sidik ifrazının artması4-09-2018, 11:08. Yazar: ailehekimiklinikasi |
![]() Poliuriya - gündəlik sidik ifrazının artması. Fizioloji hallar - daha çox maye qəbulu, sidik ifrazını artıran gida məhsullarının istifadəsi. Patoloji hallar - nevroz, ödemlərin, transsudatların və eksudatların çəkilməsi, qızdırmadan sonrakı vəziyyətlər, şəkərli diabeti, şəkərsiz diabet Oliquriya - gündəlik sidik ifrazının <500 ml-dən az olması. Fizioloji hallar - maye qəbulunun azaldılması, həddən çox tərləmə. Patoloji hallar - dispepsiya, qızdırmalı hallar, ürək xəstəlikləri, kəskin və ya xroniki böyrək çatışmazlığı, nefroskleroz, xroniki və ya kəskin qaraciyər çatışmazlığı, böyrək xəstəlikləri. Anuriya - gündəlik sidik ifrazının <50 ml-dən az olması. Patoloji hallar - kəskin və ya son mərhələ xroniki böyrək çatışmazlığı, böyrək xəstəlikləri (ağır nefritlər), meningit, zəhərlənmələr, sidik yollarının obstruksiyası, nefrolitiaz, ureterolitiaz. Pollakiuriya - sidiyə getmənin tezləşməsi. Fizioloji hallar - çox miqdarda maye qəbulu, nevroz. Patoloji hallar - sidik yollarının iltihabı, soyuqdəymə, sidik yollarının infeksiyası, uretrit, prostatit, vaginit, qıcıqlanmış sidik kisəsi sindromu, sistit, piyelonefrit. Olakizuriya - sidiyə getmə tezliyinin azalması. Patoloji hallar - sinir sisteminin patologiyaları. Dizuriya - ağrılı sidiyə getmə. Patoloji hallar - vulvovaginit, uretrit, sidik yollarının infeksiyaları, piyelonefrit, nefrolitiaz, ureterolitiaz. Nikturiya - gecə sidiyə getmənin gün ərzindəkini üstələməsi. Fizioloji hallar - uşaqlarda 1-2 yaşadək müşahidə edilir. Patoloji hallar - ürək çatışmazlığı, sistit, piyelonefrit. Enurez - sidiyi saxlaya bilməmə və ya sidiyə iradəsiz getmə. Fizioloji hallar - uşaqlarda 1-2 yaşadək müşahidə edilir (lakin 7 yaşadək davam etdikdə heç bir müdaxilə tələb edilmir, lakin 7 yaşdan sonra müvafiq müayinə və müdaxilələr aparılması zəruridir). Patoloji hallar - sidik yolları infeksiyası və ya iltihabı, qıcolmalar, epilepsiya, kəllə-beyin travması, onurğa beyin travması, meningit, ensefalit və mərkəzi sinir sisteminin digər xəstəlikləri, ağır dərəcəli qızdırmalı hallar. Geri dön |