Ana Sayfa > Manşet / Mədəniyyət > ŞAİR NƏ TEZ QOCALDIN SƏN
ŞAİR NƏ TEZ QOCALDIN SƏN27-08-2018, 11:06. Yazar: ailehekimiklinikasi |
![]() ŞAİR NƏ TEZ QOCALDIN SƏN Nemətsə də gözəl şeir, Şair olan qəm də yeyir. Ömrü keçir bu adətlə, Uğurlu bir səadətlə. Görən məni nadir deyir: Saçlarına düşən bu dən? Şair, nə tez qocaldın sən! Dünən mənə öz əlində Gül gətirən bir gəlin də Gözlərində min bir sual Heykəl kimi dayandı lal O bəxtəvər gözəlin də Mən oxudum gözlərindən: Şair, nə tez qocaldın sən! Ovçuluğa meyl saldım, Gecə-gündüz çöldə qaldım, Dağ başından enib düzə Bir ox kimi süzə-süzə Neçə ceyran nişan aldım; Cavab gəldi güllələrdən: Şair, nə tez qocaldın sən! Bəzən uca, bəzən asta, Otur sazım min sim üstə, Andı yalan, eşqi yalan, Dostluğu da rüşvət olan, Ürək yıxan bir iblis də Üzəvari deyir hərdən: Şair, nə tez qocaldın sən! Saç ağardı, ancaq ürək Alovludur əvvəlki tək Saç ağardı, ancaq nə qəm. Əlimdədir hələ qələm Bilirəm ki, deməyəcək Bir sevgilim, bir də Vətən: Şair, nə tez qocaldın sən! Geri dön |