Ana Sayfa > Manşet / Səhiyyə > Koronavirusun 11 simptomu - Ümumdünya Səhiyyə Təşkilatının SİYAHISI

Koronavirusun 11 simptomu - Ümumdünya Səhiyyə Təşkilatının SİYAHISI


27-06-2020, 18:42. Yazar: ailehekimiklinikasi
Koronavirusun 11 simptomu - Ümumdünya Səhiyyə Təşkilatının SİYAHISI


Epidemiyanın əvvəlindən koronavirusun simptomlarının siyahısı genişlənib, yeni simptomlar əlavə olunub. Bu koronavirusun getdikcə daha yaxşı öyrənilməsi ilə bağlıdır.

Sağlamolun.az ÜST saytına istinadla oxucularına koronavirusun simptomlarının siyahısını təqdim edir. “Kovidin ən yayılmış 3 simptomu yüksək qızıdrma, quru öskürək və yorğunluqdur. Daha nadir simptomlar arasında bunlardır:

- oynaq və əzələ ağrıları

- burun tutulması

- baş ağrısı

- konyuktivit (gözün selikli qişasının iltihabı – red.)

- boqaz ağrısı

- ishal

- iy və dadbilmənin itməsi

- səpkilər, əl və ayaqların barmaqlarının rənginin dəyişilməsi”.

Daha sonra saytda deyilir:

“Adətən bu simptomlar tədricən inkişaf edir və zəif ifadə olunur.

Xəstələnlərin əksəriyyəti (təxminən 80%) xəstəxanaya yerləşdirilmədən öz-özünə sağalır. Təxminən 5 nəfərdən birində COVID-19 ağır keçir, onlarda nəfəsalma çatışmazlığı inkişaf edir.

Yaşlı insanlarda və həmçinin yanaşı xəstəlikləri (məsələn, hipertonya, ürək və ağciyər xəstəlikləri, şəkərli diabet, xərçəng) olanlarda koronavirusun ağır gedişatı riski daha yüksəkdir. Lakin buna baxmayaraq istənilən insan COVID-19-a yoluxa və onu ağır keçirə bilər”.
Geri dön