Ana Sayfa > Manşet / Gündəm / Xəbərlər > Bu gün Bakıya sulu qar yağacaq
Bu gün Bakıya sulu qar yağacaq14-03-2018, 08:14. Yazar: ailehekimiklinikasi |
![]() Bakıda və Abşeron yarımadasında martın 14-də hava şəraitinin arabir yağıntılı olacağı, gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 0-2, gündüz 5-8, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında martın 14-də hava şəraitinin yağmursuz keçəcəyi, bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, martın 14-15-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər. Geri dön |