Ana Sayfa > Xəbərlər > ABŞ təyyarəsi səhvən Floridanı bombaladı

ABŞ təyyarəsi səhvən Floridanı bombaladı


3-07-2019, 19:04. Yazar: ailehekimiklinikasi
ABŞ təyyarəsi səhvən Floridanı bombaladı

ABŞ Hərbi Hava Qüvvələrinin qırıcısı uçuş zamanı quşla toqquşduqdan sonra Florida ştatına təlim bombaları atıb.

Trend-in məlumatına görə, texniki qüsur nəticəsində 3 ədəd 11 kiloqramlıq partlamayan bomba yerə düşüb.

Hazırda həmin bombaların axtarışları aparılır. Sakinlərə həmin maddələrə yaxınlaşmamaq tövsiyə edilib.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.
Geri dön