Ana Sayfa > Xəbərlər > Qəzza zolağında ən ağır mərhələ başlayır: Onların başqa variantı olmayacaq
Qəzza zolağında ən ağır mərhələ başlayır: Onların başqa variantı olmayacaq20-11-2023, 22:21. Yazar: ailehekimiklinikasi |
İsrail Qəzza zolağında münaqişənin daha ağır mərhələsinə keçəcək. Publika.az xəbər verir ki, "The Wall Street Journal" İsrail Müdafiə Qüvvələrinin (IDF) gələcək hərəkətləri haqqında yazıb. “İsrail hərbi nəzarətini 6 həftəlik müharibənin ən çətin mərhələsi ilə qarşılaşacağı Qəzzanın cənubuna yönəldir”, - materialda deyilir. Son günlərdə İDF cənuba doğru yönəldiyini elan edərək, HƏMAS döyüşçülərinin oraya toplaşdığını bildirib. "Fələstin hərəkatı cənubda daha qətiyyətli hərəkət edəcək, çünki onların başqa variantları olmayacaq", - nəşr yazıb. Keçmiş israilli zabitlər bildiriblər ki, HƏMAS liderləri girovlardan ən azı müvəqqəti olaraq döyüşləri dayandırmaq üçün vasitə kimi istifadə etməyə çalışırlar. Qeyd edilir ki, İsrailin cənubda HƏMAS-a hücum planı, ehtimal ki, şimaldakı hücuma bənzəyəcək, lakin hazırda ərazidə çoxlu sayda mülki vətəndaş olması səbəbi ilə bu dəfə daha çətin olacaq. Cəmilə Geri dön |