Ana Sayfa > Xəbərlər > Ukrayna sülh sazişi bağlamağa məcbur edilə bilər - Temnitskidən ŞOK MƏQALƏ

Ukrayna sülh sazişi bağlamağa məcbur edilə bilər - Temnitskidən ŞOK MƏQALƏ


3-10-2023, 19:42. Yazar: ailehekimiklinikasi
Ukrayna sülh sazişi bağlamağa məcbur edilə bilər - Temnitskidən ŞOK MƏQALƏ


"Yalnız bir şərtin yerinə yetirilməsi Ukraynadakı münaqişəyə son qoyacaq"

Publika.az xəbər verir ki, bu fikirləri Amerika Birləşmiş Ştatlarından olan jurnalist Mark Temnitski "The Hill" üçün yazdığı məqalədə bildirib.

O, Ukrayna Silahlı Qüvvələrinin 2023-cü ildə döyüş meydanında uğur qazana bilməyəcəyi təqdirdə Kiyevin Moskvanın şərtləri ilə sülh bağlamalı olacağını bildirib.

Temnitskinin sözlərinə görə, beynəlxalq ictimaiyyət hələ də açıq şəkildə Ukraynanı dəstəkləsə də, son hadisələr Kiyevə hərbi və maliyyə yardımının təhlükə altında olduğunu göstərir.

Bu cür hadisələrə misal olaraq o, Polşanın Ukrayna taxılının idxalına qadağa qoymasını və bundan sonra Polşa hakimiyyətinin Kiyevə daha silah verməyəcəkləri barədə bəyanatını göstərib.

Müşahidəçi onu da xatırladıb ki, ABŞ bu yaxınlarda Ukrayna üçün pul ayrılmasını nəzərdə tutmayan büdcə layihəsini təsdiqləyib.

Jurnalist hesab edir ki, Ukrayna Silahlı Qüvvələri 2023-cü ilin sonuna qədər münaqişədə qalib gəlməsə, gələn il beynəlxalq ictimaiyyət Ukraynanı Rusiyanın şərtləri ilə sülh sazişi bağlamağa məcbur edə bilər .

Hüseyn İbadlı
Geri dön