Ana Sayfa > Xəbərlər > Türkiyə Boğazlardan keçid qiymətini qaldırır
Türkiyə Boğazlardan keçid qiymətini qaldırır5-06-2023, 13:35. Yazar: ailehekimiklinikasi |
İyulun 1-dən Türkiyə hakimiyyəti İstanbul və Çanaqqala boğazından keçid haqqını 8,3% artıracaq. Ankara ilin sonuna qədər bundan əlavə 900 milyon dollar qazanc gözləyir. Axar.az xəbər verir ki, bu barədə “Aydınlıq” qəzeti məlumat yayıb. Qeyd olunur ki, rüsumların məbləği 1936-cı ildə boğazlarda naviqasiyanı tənzimləyən Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frankı əsasında hesablanır: “Ötən ilin oktyabrında Türkiyə hakimiyyəti artıq ticarət gəmilərinin boğazlardan keçməsi üçün rüsumları 5 dəfə - 0,8 dollardan 4,08 dollara qaldırıb”. Bildirilir ki, bundan sonra qiymət sabit qalmayacaq və hər il iyunun 1-dən etibarən Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən yenilənəcək. Geri dön |