Ana Sayfa > Xəbərlər > İki ilə Rusiyadan tam azad olacağıq - Sandu
İki ilə Rusiyadan tam azad olacağıq - Sandu2-04-2023, 17:16. Yazar: ailehekimiklinikasi |
Moldova iki ildən sonra enerji sektorunda Rusiyanın asılılığından tam azad ola bilər. Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib. "Enerji baxımından müstəqilliyimizi artırmağımız və Rusiyadan asılılığımızı dayandırmağımız Dnestryanı münaqişəsinin nizamlanması prosesində təsir rıçaqlarımızı gücləndirir. İki ildən sonra Kişinyov-Vulkanesti layihəsini başa çatdıranda Rusiyadan tam enerji müstəqilliyi əldə edəcəyik", - Sandu bildirib. Geri dön |