Ana Sayfa > Xəbərlər > Son əməliyyatın nəticələri: Xankəndiyə nəzarət və.. - Ordumuz nəyə nail oldu?
Son əməliyyatın nəticələri: Xankəndiyə nəzarət və.. - Ordumuz nəyə nail oldu?27-03-2023, 11:10. Yazar: ailehekimiklinikasi |
Ordumuzun Qarabağda həyata keçirdiyi son əməliyyatın nəticələrini iki kontekstdə dəyərləndirmək olar. Birincisi, hərbi nəticələrdir: - 2054 metr yüksəklikdəki strateji bölgəyə (Quyruqyal adlanır) nəzarət bərpa edildi: Sarıbaba dağından 2.9 kilometr şimal-şərqdə yerləşən bu yüksəklik separatçıların tikinti işləri apardığı torpaq yolu - Xankəndi-Kosalar-Mirzələr-Turşsu - nəzarətdə saxlamağa imkan verir; - Separatçıların intensiv şəkildə istifadə etdiyi Xankəndi-Xəlfəli-Turşsu yolu nəzarətə götürüldü; - Xankəndidəki separatçıların Ermənistana çıxış kimi istifadə etdiyi bütün yolları bağlandı; - Müharibədən sonra azsaylı ermənilərin qaldığı və sülhməramlıların nəzarət etdiyi bölgəyə daxil olan Böyük Qaladərəsi, Kiçik Qaladərəsi və Turşsu kimi kəndlərlə separatçıların arasındakı əlaqə kəsildi: bu, həmin ərazilərin də yaxın gələcəkdə ordumuzun tam nəzarətinə keçməsinə şərait yarada bilər; - Separatçıların silah-sursat və canlı qüvvə toplamaq imkanları sıradan çıxarıldı; İkincisi, siyasi nəticələrdir: - Separatçıların alternativ yollarının bağlanması Bakının Xankəndi üzərində təsir imkanını artıracaq; - Separatçıların Qarabağdakı erməni əhalisi üzərində təsirinin azalması ilə nəticələnəcək və bu, erməni əhalisi arasında inteqrasiyanın alternativi olmadığı rəyinin güclənməsinə şərait yaradacaq; - Laçın yolunda olduğu kimi torpaq yollara da Bakının nəzarət etməsi qeyri-humanitar daşımaların qarşısının alınması ilə yanaşı, həm də lazım olanda bundan təsir rıçaqı olaraq da istifadə etmək imkanı verir; - Və ən mühüm məqamlardan biri də odur ki, rəsmi Bakı bu addımlarla öz suveren ərazisində istədiyi kimi davranacağını və qeyri-qanuni fəaliyyətlərə imkan verməyəcəyini praktiki olaraq nümayiş etdirdi; Baş verənlər deməyə əsas verir ki, artıq xəbərdarlıq yox, praktiki addımların atılması aktualdır. Geri dön |