Ana Sayfa > Xəbərlər > Şimali Koreyada gizli silah sınaqdan keçirildi

Şimali Koreyada gizli silah sınaqdan keçirildi


24-03-2023, 10:09. Yazar: ailehekimiklinikasi
Şimali Koreyada gizli silah sınaqdan keçirildi


Martın 21-də Şimali Koreya nüvə yükü daşıya bilən yeni sualtı pilotsuz aparatını sınaqdan keçirib.

Publika.az xəbər verir ki, bu barədə “Koreya səsi” dövlət radiosu məlumat yayıb.
“Bu gizli silah pilotsuz sualtı hücum gəmisidir. Onun vəzifəsi gizli şəkildə su altında üzmək, düşmən gəmi qruplarını və limanını məhv etmək və sualtı partlayış vasitəsilə super güclü radioaktiv sunami yaratmaqdır”, - məlumatda bildirilib.
Sınaqlara Şimali Koreya lideri Kim Çen In nəzarət edib.
Geri dön