Ana Sayfa > Xəbərlər > Bayram günlərində regionlarda gözlənilən hava şəraiti AÇIQLANDI

Bayram günlərində regionlarda gözlənilən hava şəraiti AÇIQLANDI


20-03-2023, 18:24. Yazar: ailehekimiklinikasi
Bayram günlərində regionlarda gözlənilən hava şəraiti AÇIQLANDI


Bayram günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, regionlarda gözlənilən hava şəraiti belə olacaq:

Qəbələ rayonunda

Martın 21-dən bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Martın 22-si axşam tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir.

Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 13-16 dərəcə isti olacaq.

Şahdağda

Gün ərzində arabir yağıntılı olacağı, martın 21-i gündüz, 22-si gecə və səhər arabir qara keçəcəyi, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Martın 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 3-8 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

İsmayıllı rayonunda

Martın 21-i səhərdən arabir yağış yağacağı, 22-si axşam tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq.
Şərq küləyinin sürəti 3-8 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 12-15 dərəcə isti olacaq.

Lənkəran rayonunda

Martın 21-i səhərdən arabir yağış yağacağı, 22-si gündüz tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq.

Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 8-10 dərəcə isti, gündüz 14-17 dərəcə isti olacaq.

Şəki rayonunda

Əsasən yağmursuz olacaq. Lakin martın 21-i gündüzdən 22-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Martın 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir.

Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 7-9 dərəcə isti, gündüz 13-16 dərəcə isti olacaq.
Geri dön