Ana Sayfa > Xəbərlər > Zelenskidən Putinin həbs qərarına MÜNASİBƏT

Zelenskidən Putinin həbs qərarına MÜNASİBƏT


18-03-2023, 12:01. Yazar: ailehekimiklinikasi
Zelenskidən Putinin həbs qərarına MÜNASİBƏT


Ukrayna prezidenti Vladimir Zelenski Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə order verilməsinə münasibər bildirib.

Publika.az xəbər verir ki, Zelenski bu qərarı “tarixi” adlandırıb.

“Tarixi qərardan tarixi məsuliyyət başlayacaq”, - Ukrayna lideri qeyd edib.

Zelenski Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın komandasına, məhkəmənin özünə, eləcə də Ukraynaya “ədalət uğrunda mübarizədə” kömək edən “dünyadakı hər kəsə” təşəkkür edib.

Qeyd edək ki, martın 17-də Haaqa Məhkəməsinin İstintaq Palatası Rusiya prezidenti və Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın “əhalinin, xüsusən də uşaqların Ukraynadan qanunsuz deportasiyası və köçürülməsində” mümkün iştirakı ilə bağlı həbs qərarı çıxarıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml məhkəmənin qərarını etibarsız hesab edir və bu məsələnin ortaya qoyulmasından qəzəblənir.
Geri dön