Ana Sayfa > Xəbərlər > SON DƏQİQƏ: Qarabağa silah daşımaq istəyən separatçılar MƏHV EDİLDİ

SON DƏQİQƏ: Qarabağa silah daşımaq istəyən separatçılar MƏHV EDİLDİ


5-03-2023, 14:11. Yazar: ailehekimiklinikasi
SON DƏQİQƏ: Qarabağa silah daşımaq istəyən separatçılar MƏHV EDİLDİ


Azərbaycan Ordusu ilə Qarabağda məskunlaşan erməni separatçı qüvvələr arasında silahlı insident yaşanıb.

Axar.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

“Müəyyən müddət ərzində Azərbaycan tərəfi Ermənistan ərazisindən alternativ əsas Laçın yolundan, torpaq yoldan - Xələfəli yolundan yan keçərək Qarabağ bölgəsinə silah və sursatların daşınması barədə siqnallar almağa başlayıb. Bu gün daha bir analoji siqnal alan əməliyyatçılarımız əraziyə baxış keçirmək üçün yola çıxıblar. Bizim əməliyyatçılar yoldan keçən erməni avtomobilini saxlamaq istəyəndə onun sərnişinləri atəş açıblar.

Cavab atəşi nəticəsində düşmən zərərsizləşdirilib. Bugünkü silahlı insident Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı təxribat törətməkdə, onun ərazisinə silah-sursat, eləcə də canlı qüvvə atmaqda davam etdiyini təsdiqləyir”, - məlumatda bildirilib.
Geri dön