Ana Sayfa > Xəbərlər > Dəhşətli təyyarə qəzası: Bütün heyət və sərnişinlər öldü
Dəhşətli təyyarə qəzası: Bütün heyət və sərnişinlər öldü15-01-2023, 11:21. Yazar: ailehekimiklinikasi |
Nepalın Poxara hava limanında sərnişin təyyarəsi uçuş-enmə zolağında qəzaya uğrayıb. Axar.az xəbər verir ki, təyyarə “Yeti” Hava Yollarına məxsus olub. Qeyd edilir ki, təyyarədə 68 sərnişin və 4 ekipaj üzvü olub. İlkin məlumata görə, qəza nəticəsində 16 nəfər ölüb. Hazırda hadisə yerində xilasetmə işləri aparılır. Hadisənin başvermə səbəbi hələlik məlum deyil. *** Nepal mətbuatının məlumatına görə, qəzada ölənlərin sayı 32- nəfərə çatıb. Bildirilib ki, yerə çırpılan təyyarə hissələrə bölünüb. *** Qəza nəticəsində təyyarədə olan bütün heyət üzvləri və sərnişinlər ölüb. Bu barədə Hindistanın "Nyus 18" telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Geri dön |