Ana Sayfa > Xəbərlər > Üçüncü dünya müharibəsi realdır - Sabiq prezident
Üçüncü dünya müharibəsi realdır - Sabiq prezident30-12-2022, 11:08. Yazar: ailehekimiklinikasi |
Polşanın keçmiş prezidenti Aleksander Kvasnevski deyib ki, üçüncü dünya müharibəsi riski realdır. Publika.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna münaqişəsi başlayandan dünya dramatik dəyişikliklərə məruz qalıb. O bildirib ki, istənilən kiçik münaqişə qlobal xarakter ala bilər. “Üçüncü dünya müharibəsinin başlanmasından danışmağımızın özü dəhşətlidir. Lakin bizim üçün bu, realdır”, - Kvasnevski "Polsat"a müsahibəsində deyib . Daha əvvəl fransız siyasətçisi, "Patriotlar" hərəkatının lideri Florian Filippo Ukrayna prezidenti Vladimir Zelenskinin Co Baydenlə danışıqlar aparmaq üçün Vaşinqtona səfərini “üçüncü dünya müharibəsi üçün ittifaq” adlandırmışdı. Geri dön |