Ana Sayfa > Xəbərlər > Bakı-Quba yolunda dəhşətli qəza - ölənlərin sayı 7 nəfərə çatdı - YENİLƏNİB
Bakı-Quba yolunda dəhşətli qəza - ölənlərin sayı 7 nəfərə çatdı - YENİLƏNİB15-12-2022, 12:23. Yazar: ailehekimiklinikasi |
11:41 Bakı-Quba yolunda baş verən ağır qəza nəticəsində xəsarət alan daha bir nəfər dünyasını dəyişib. Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan TİR sdürücüsü xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü xəstəxanada dünyasını dəyişib. -------- 10:45 Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mersedes Vito" markalı mikroavtobusla TIR toqquşub. İlkin məlumata görə yol-nəqliyyat hadisəsində 6 nəfərin öldüyü bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür. Geri dön |