Xəbərlər
ailehekimiklinikasi.az » Gündəm » Xəbərlər » TƏCİLİ: Ermənilər sərhədçilərimizi ATƏŞƏ TUTDU
TƏCİLİ: Ermənilər sərhədçilərimizi ATƏŞƏ TUTDU
Dekabr ayının 8-də saat 21:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində, Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And və Tsav yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini iri çaplı silahlardan fasiləsiz olaraq atəşə tutub.
Bu barədə Redaktor.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Görülmüş cavab tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurulub. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir.
Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirir.
Foto və Vİdeo qalereya
XƏBƏR LENTİ
ARAŞDIRMA
Qəbizlik, yüksək təzyiq, ayaqlarda qıcolmalar... Bədəninizdə bu maddənin defisiti var
28-09-2023, 17:16
/
2 973