Ana Sayfa > Xəbərlər > Rusiya XİN-dən sülhməramlıların mandatı ilə bağlı SENSASİON AÇIQLAMA
Rusiya XİN-dən sülhməramlıların mandatı ilə bağlı SENSASİON AÇIQLAMA31-10-2022, 01:43. Yazar: ailehekimiklinikasi |
Rusiya Xarici İşlər Nazirliyi sülhməramlıların mandatının uzadılması ilə bağlı açıqlama verib. KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Jurnalistlər oktyabrın 31-də Soçidə keçiriləcək üçtərəfli sammitdə Paşinyanın imzalamağa hazır olduğu Qarabağdakı rus sülhməramlılarının mandatının 20 ilədək uzadılması məsələsinin müzakirə edilib-edilməyəcəyi ilə bağlı xarici işlər nazirinin müavini Andrey Rudenkoya sual veriblər. Nazir müavini aydınlıq gətirib ki, kontingent Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq bu regionda yerləşdirilib. “Onun aydın mandatı var – beş il. Hələ beş il keçməyib”,- deyə o bildirib. Geri dön |