Ana Sayfa > Xəbərlər > Azərbaycanda hava kəskin dəyişəcək, temperatur 8-10° aşağı düşəcək - XƏBƏRDARLIQ
Azərbaycanda hava kəskin dəyişəcək, temperatur 8-10° aşağı düşəcək - XƏBƏRDARLIQ3-09-2022, 20:25. Yazar: ailehekimiklinikasi |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Xidmətdən BAKU.WS-ə bildirilib ki, 25 gün davam edən isti və quraq hava şəraitindən sonra ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında proses sentyabrın 5-i əvvəl şimal küləyinin güclənməsi ilə başlayacaq. Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s olacaq. Küləkli hava şəraiti 07-si gündüzədək davam edəcək. Havanın temperaturu tədricən 8-10° aşağı enəcək. 6-sı gündüzdən 08-i səhərədək fasilələrlə yağış yağacağı ehtimalı var. Azərbaycanın rayonlarında sentyabrın 5-dən başlayaraq əvvəl Böyük Qafqazın bəzi yerlərində, 06-dan 08-i gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur. Qərb küləyi arabir 18-23 m/s, əsasən Kürvadisi rayonlarda arabir 25-30 m/s olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək. Geri dön |