Ana Sayfa > Xəbərlər > Sülhməramlılar Xocalıda erməni avtomobili ilə toqquşdu - 4 ÖLÜ
Sülhməramlılar Xocalıda erməni avtomobili ilə toqquşdu - 4 ÖLÜ13-08-2022, 14:37. Yazar: ailehekimiklinikasi |
Bu gün Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının avtomobili Xankəndi-Xocalı avtomobil yolunda ağır qəzaya uğrayıb. Milli.Az Unikal-a istinadən xəbər verir ki, polisin məlumatına görə, nəticədə 4 nəfər (qadın) ölüb. Bildirilib ki, 1992-ci il təvəllüdlü Rusiya sülhməramlısının idarə etdiyi "HAVAL H9" markalı avtomobil, Xocalı rayonunun Dağyurd kəndində məskunlaşan erməninin "VAZ-2107" markalı avtomobili ilə toqquşub. Qəza nəticəsində "VAZ-2107"nin sürücüsü sağ ağciyərin aşağı nahiyəsinin kəsilmiş-deşilmiş sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Elə həmin avtomoobilin 4 qadın sərnişini isə yerindəcə keçinib. Milli.Az Geri dön |