Ana Sayfa > Xəbərlər > Putinin Ukrayna açıqlaması bütün dünyanı HİDDƏTLƏNDİRDİ - SOYUQ TƏHDİD
Putinin Ukrayna açıqlaması bütün dünyanı HİDDƏTLƏNDİRDİ - SOYUQ TƏHDİD8-07-2022, 00:11. Yazar: ailehekimiklinikasi |
"Rusiya Ukraynada hələlik ciddi heç nəyə başlamayıb”. Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının rəhbərliyi və fraksiya liderləri ilə görüşdə deyib. "Hamı bilməlidir ki, biz, ümumiyyətlə, hələ heç nəyə başlamamışıq", - Rusiya lideri əlavə edib. Eyni zamanda, Prezident qeyd edib ki, Rusiya sülh danışıqlarından imtina etmir, lakin nə qədər uzağa getsə, danışıqlar bir o qədər çətin olacaq. "Bu gün eşidirik ki, onlar bizi döyüş meydanında məğlub etmək istəyirlər. Qoy cəhd etsinlər", - Putin Qərbin Rusiya üzərində hərbi qələbəsi barədə bəyanatına cavab olaraq bildirib. Geri dön |