Ana Sayfa > Xəbərlər > Risk qrupuna aid olan hamiləlik ana və döl üçün hansı təhlükə yarada bilər?
Risk qrupuna aid olan hamiləlik ana və döl üçün hansı təhlükə yarada bilər?3-03-2022, 17:54. Yazar: ailehekimiklinikasi |
Somatik, sağlam olmayan qadınlar hamiləlik üçün yüksək risk qrupunu təşkil edir. Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-ginekoloq Şəymən Qədimova məlumat verib. Həkim bildirib ki, yüksək risk qrupuna daxil olan qadınlar hamiləliyi axıra qədər çatdıra bilmir və hamiləliyin ana və döl üçün nəticələri qənaətbəxş olmur: “Riskli hamiləlik nəinki dölün, eləcə də ananın ölümünə səbəb olur. Hamilələr üçün yüksək risk qrupunu təşkil edən patologiyalara aşağıdakılar aiddir: Hamiləlik zamanı hipertenziv vəziyyətlər və preklampsiya; Ekstragenital xəstəliklər və hamiləlik; Fetoplasentar çatışmazlıq. Onu da qeyd etmək istəyirəm ki, riskli hamiləlik vaxtında aşkar edilib, qarşısı alınmasa, bu ya dölün bətndaxili ölümünə, ya da xəstə uşağın doğulmasına səbəb olur”. Geri dön |