Ana Sayfa > Xəbərlər > İşğal dövrü BAŞLADI: Çin Tayvana qoşun yeridir

İşğal dövrü BAŞLADI: Çin Tayvana qoşun yeridir


25-02-2022, 09:44. Yazar: ailehekimiklinikasi
İşğal dövrü BAŞLADI: Çin Tayvana qoşun yeridir


Çin Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Tayvan hava məkanına, Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər isə ərazi sularına daxil olub.

Qazet.az xəbər verir ki, bu barədə "FoxNews" məlumat yayıb.

Nəşrin məlumatına görə, Tayvan Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemi 9 Çin qırıcısını aşkar etdikdən sonra həyəcan siqnalının artırılması barədə xəbərdarlıq edib.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pekin Olimpiadasından sonra Tayvan ətrafında baş verəcəkləri diqqətlə izləməyə çağırıb və özünü “yaxşı proqnozlaşdırıcı” adlandırıb. ABŞ-ın keçmiş prezidentinin fikrincə, onun hakimiyyəti dövründə Çin Tayvanı ələ keçirmək haqqında düşünməzdi.

Hələ 2019-cu ildə "Strana" yazıb ki, Çin prezidenti Si Cinpin Tayvanı ilhaq etmək üçün hərbi gücdən istifadə etməyə hazır olduğunu deyib. Çin rəhbərinin fikrincə, Tayvanın müstəqilliyi tarixin gedişi ilə ziddiyyət təşkil edir və dalana aparacaq, adanın ilhaqı isə tayvanlı həmyerlilərin xeyrinə olacaq.

Qeyd edək ki, ABŞ Çindən yan keçərək Tayvanla iqtisadi əlaqələri gücləndirib.
Geri dön