Ana Sayfa > Xəbərlər > Ərdoğan və həyat yoldaşı koronavirusa yoluxdular

Ərdoğan və həyat yoldaşı koronavirusa yoluxdular


5-02-2022, 18:19. Yazar: ailehekimiklinikasi
Ərdoğan və həyat yoldaşı koronavirusa yoluxdular



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus testinin cavabının müsbət çıxdığını açıqlayıb.

“Bu gün yüngül simptomlara görə həyat yoldaşımla verdiyimiz COVID-19 testimizin nəticəsi müsbət çıxıb”, - deyə o bildirib.

Dövlət başçısı koronavirusun “Omikron” ştammına yoluxduqlarını qeyd edərək, xəstəliyi yüngül keçirdiklərini vurğulayıb.

“Vəzifəmizin başındayıq, işimizə evdən davam edəcəyik. Dualarınızı gözləyirik”, - deyə Türkiyə prezidenti müraciətində bildirib.
Geri dön