Ana Sayfa > Xəbərlər > İsraildən KRİTİK AÇIQLAMA: İran iki-üç aya nüvə bombası yarada bilər
İsraildən KRİTİK AÇIQLAMA: İran iki-üç aya nüvə bombası yarada bilər15-09-2021, 09:39. Yazar: ailehekimiklinikasi |
"İran iki-üç ay ərzində kifayət qədər material istehsal edə və nüvə bombası yaratmağa imkan verəcək güc qura biləcək". Publika.az TASS-a istinadla xəbər verir ki, bu fikri İsrailin müdafiə naziri Benni Qantz çərşənbə axşamı nəşr olunan "Foreign Policy" jurnalına verdiyi müsahibədə söyləyib . Siyasətçi hesab edir ki, diplomatik səylər İranın nüvə silahı sahəsində irəliləyişini ləğv etməyə kömək etməyəcək. O qeyd edib ki, İsrailin nöqteyi-nəzərindən İranı dayandırmağın təsirli üsulu Tehrana ABŞ, Rusiya, Çin, Avropadan siyasi, diplomatik və iqtisadi təzyiq göstərmək olacaq. "İran ABŞ və tərəfdaşlarının ciddi olduqlarından qorxmalıdır", - Gantz vurğulayıb. Geri dön |