Ana Sayfa > Xəbərlər > Koronavirus daha çox kişiləri öldürür - SƏBƏB
Koronavirus daha çox kişiləri öldürür - SƏBƏB21-08-2021, 16:48. Yazar: ailehekimiklinikasi |
“Hormonal sistemin xüsusiyyətlərinə görə kişilərin koronavirusdan ölmə ehtimalı daha yüksəkdir”. Bunu rusiyalı tanınmış həkim allergoloq-immunoloq Vladimir Bolibok deyib. Onun sözlərinə görə, bu, kişilərdə testosteronun fəaliyyəti ilə əlaqədardır. "Kişilərdə antitelin yaranma səviyyəsi bir qədər aşağıdır", - deyən həkim vurğulayıb ki, qadınların immun sistemi virusun özünə çatır, antitellərin yoluxmuş hüceyrələrə nüfuz etməsi asan olur. "Qadınların bu xüsusiyyətinin mənfi tərəfi də var: daha çox antitellər bədən hüceyrələrinə hücum etdikdə autoimmun xəstəliklərinə tutulma ehtimalı müşahidə olunur". Həkim, həmçinin qeyd edib ki, COVID-19-a qarşı immunitet təxminən səkkiz ay davam edir. Geri dön |