Ana Sayfa > Xəbərlər > “Ordumuz yaxın günlərdə Ermənistana layiqli CAVAB VERƏCƏK” – ANONS VERİLDİ

“Ordumuz yaxın günlərdə Ermənistana layiqli CAVAB VERƏCƏK” – ANONS VERİLDİ


15-07-2021, 10:07. Yazar: ailehekimiklinikasi
“Ordumuz yaxın günlərdə Ermənistana layiqli CAVAB VERƏCƏK” – ANONS VERİLDİ


“Hazırda kifayət qədər yüksək mənəvi, psixoloji ruh yüksəkliyinə malik olan Azərbaycan Ordusu yaxın günlərdə Ermənistan silahlı qüvvələrinin təxribatçı addımlarına layiqli cavab verəcək”.

KAİM.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert bunun üçün ordumuzun kifayət qədər güc, imkan və potensiala malik olduğunu vurğulayıb:

“Ermənistan tərəfinin son günlərdə həm Azərbaycan-Ermənistan sərhəddində, həm də Qarabağda sülhməramlıların nəzarətində olan ərazilərdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutması artıq ənənəvi hal alıb. Bu fəaliyyətlərlə Ermənistan bir daha 3 tərəfli birgə bəyanatın şərtlərni yerinə yetirmək fikirində olmadığını nümayiş etdirir”.

Ədalət Verdiyev qeyd edib ki, Ermənistanın bu atəşkəs rejiminin pozulmasında əsas məqsədi münaqişəyə digər tərəfləri cəlb etməkdən ibarətdir.


Geri dön