Ana Sayfa > Xəbərlər > SON DƏQİQƏ: Naxçıvana uçan təyyarə Bakıya TƏCİLİ ENİŞ ETDİ - SƏBƏB
SON DƏQİQƏ: Naxçıvana uçan təyyarə Bakıya TƏCİLİ ENİŞ ETDİ - SƏBƏB4-07-2021, 13:07. Yazar: ailehekimiklinikasi |
Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən "Azərbaycan Hava Yolları” QSC- (AZAL) məxsus "Airbus A319” təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş icazəsi istəyib. AZAL-dan Qaynarinfo-ya verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub. Bakı vaxtı ilə saat 08:01-də təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək. Geri dön |