Ana Sayfa > Xəbərlər > SON DƏQİQƏ: Rus qırıcıları ABŞ təyyarəsinə qarşı GÖNDƏRİLDİ
SON DƏQİQƏ: Rus qırıcıları ABŞ təyyarəsinə qarşı GÖNDƏRİLDİ29-08-2020, 19:53. Yazar: ailehekimiklinikasi |
ABŞ təyyarəsi göründü, rus qırıcıları havaya qalxdı - Türk və ingilis təyyarləri... Qara dəniz üzərində kəşfiyyat uçuşu həyata keçirən ABŞ təyyarəsinin qarşısını Rusiyanın 2 qırıcısı alıb. Ens.az Telegraf.com-a istinadən xəbər verir ki,hadisə dünən axşam saatlarında baş verib. Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, ABŞ-a adi Boeing RC-135 tipli kəşfiyyat təyyarəsi Qara dənizin neytral sularında uçarkən rus radarlarına yaxalanıb. Krım sahilləri istiqamətində müşahidə edilən uçuşun qarşısını SU-27 qırıcıları alıb. Rusiya tərəfi qeyd edib ki, ABŞ və Rusiya təyyarələri arasında gərginlik yaşandığı zaman İngiltərəyə aid müşahidə təyyarəsi də Qara dəniz üzərində uçuş gəyata keçirib. Geri dön |