Ana Sayfa > Xəbərlər > İstirahət günlərinin HAVA PROQNOZU
İstirahət günlərinin HAVA PROQNOZU23-02-2020, 22:33. Yazar: ailehekimiklinikasi |
Azərbaycanda istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 29-da axşam, martın 1-də arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5,gündüz 5-10 dərəcə isti olacaq. Lənkəran-Astara zonasında havanınəsasən yağmursuz keçəcəyi, lakin martın 1-də gündüz yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 10-15, dağlarda gecə 1-6, gündüz 5-10 dərəcə isti olacaq. Qazax-Gəncə zonasında hava şəraitininəsasən yağmursuz keçəcəyi, lakin fevralın 29-da axşam, martın 1-də arabir yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq. Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 29-da axşam, martın 1-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq. Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq. Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi gündüz saatlarında mülayimləşəcək. Havanın temperaturu gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Geri dön |