Ana Sayfa > Səhiyyə > Bakıda son günlər rotavirus infeksiyası yayılıb
Bakıda son günlər rotavirus infeksiyası yayılıb31-08-2022, 17:26. Yazar: ailehekimiklinikasi |
Bakıda son günlərdə rotavirus infeksiyası yayılıb. Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov "Mədə xəstəlikləri" mövzusunda danışarkən deyib. O bildirib ki, bu infeksiyanın əsas klinik əlamətləri güclü qarın ağrıları, qusma və ishaldır: "Həmin şəxslər antibiotik terapiyadan uzaq durmalıdırlar. Çoxlu maye qəbul etməli, süd məhsulları və kofeindən uzaq olmalıdırlar. Müşahidələr göstərir ki, bu xəstəliyə tutulanlar bir həftə müddətində sağalır". Geri dön |