Ana Sayfa > Maraqlı > HƏYƏCAN: Ölkə prezidentinin təyyarəsi radardan itdi

HƏYƏCAN: Ölkə prezidentinin təyyarəsi radardan itdi


11-10-2019, 19:59. Yazar: ailehekimiklinikasi
HƏYƏCAN: Ölkə prezidentinin təyyarəsi radardan itdi


Konqo Demokratik Respublikasında göyərtəsində 8 nəfər olan "An-72” hərbi təyyarəsi radarlardan itib.

Qaynarinfo xəbər verir ki, ölkənin Mülki Aviasiya İdarəsi axtarış-xilasetmə əməliyyatı keçirir.

Məlumata görə, radarlardan itən hava gəmisi ölkə prezidenti Feliks Çisekedinin xidməti təyyarəsidir. Amma həmin vaxt dövlət başçısı təyyarədə olmayıb.

O, "Twitter” hesabında yazıb ki, təyyarə Konqonun Qoma hava limanından Kinşasu şəhəri istiqamətində uçurmuş. Təyyarənin göyərtəsində 4 ekipaj üzvü və 4 sərnişin olub.
Geri dön