Ana Sayfa > Maraqlı > Evdən bunu etmədən çıxmayın: Ürəyinizi qorumağın TƏMƏL QAYDASI

Evdən bunu etmədən çıxmayın: Ürəyinizi qorumağın TƏMƏL QAYDASI


13-03-2023, 08:05. Yazar: ailehekimiklinikasi
Evdən bunu etmədən çıxmayın: Ürəyinizi qorumağın TƏMƏL QAYDASI


Səhər yeməyindən imtina hətta ürək xəstəliyi riskinin artmasına da səbəb olur.

Sağlamolun.az xəbər verir ki, bununla bağlı ABŞ-nin Icahn Mount Sinai tibb mərkəzinin tədqiqatçıları araşdırma aparıblar.

Ürək-damar xəstəlikləri üzrə professor Filip Svirski bildirib ki, pəhriz saxlanılan müddətdə hər hansı bir qidadan imtina etmək düzgün deyil. Burada əsas məsələ qidanın miqdarıdır.
Qısamüddətli və uzunmüddətli pəhrizin immunitet sisteminə təsirini araşdırmaq üçün tədqiqat qrupu siçanlar üzərində təhlil aparıb. Tədqiqat müddətində öncədən qan nümunələri təhlil edilən bir qrup siçan oyandıqdan dərhal sonra səhər yeməyi yeyib. Digər qrupa isə səhər yeməyi verilməyib. Araşdırmanın sonunda hər iki siçan qrupundan yenidən qan nümunələri götürülüb.

Tədqiqat komandası iki qrup arasındakı fərqləri müşahidə ediblər. İnfeksiya, ürək xəstəlikləri və hətta xərçənglə mübarizədə kömək etmək üçün sümük iliyində əmələ gələn və qana, toxumalara daxil olan hüceyrələrin - monositlərin sayında dəyişiklik aşkarlanıb. Tədqiqatın əvvəlində isə hər iki siçan qrupunun monositlərinin sayı eyni olub.

Araşdırma davam etdiyi günlərdə səhər yeməyi ilə qidalanmayan siçanların sağlamlıq göstəriciləri daha da pisləşib və onların sümük iliyində yeni hüceyrə istehsalının yaranmadığı aşkar edilib. Digər qrupda isə monositlərin sayı araşdırmanın əvvəlində olduğu kimi qalıb.
Geri dön