Ana Sayfa > Maraqlı > BÜRCLƏRİN zəhlətökən ÖZƏLLİKLƏRİ - Buğaların inadkarlığı, şirlərin isə...
BÜRCLƏRİN zəhlətökən ÖZƏLLİKLƏRİ - Buğaların inadkarlığı, şirlərin isə...25-12-2022, 12:59. Yazar: ailehekimiklinikasi |
Bürcün hər bir əlamətinin özünəməxsus güclü və zəif tərəfləri var. Eyni zamanda onların elə xüsusiyyətləri də var ki, insanları təngə gətirir. Milli.Az xəbər verir ki, bizim.media bürclərin ən zəhlətökən özəlliklərini təqdim edir: Qoç - impulsivlik Xarici stimula daimi daxili kəskin reaksiyası başqaları üçün çox nəzərə çarpır. Bu impulsivlik tez-tez digər insanları qıcıqlandırır, xüsusilə, iş yerində. Buğa - inadkarlıq Buğa ən inadkar bürclərdən biridir və bu, böyük ölçüdə onun dominant xarakteri ilə bağlıdır. Bu səbəbdən heç kim, buğanı öz yolundan döndərə bilməz. Əkizlər - diqqətsizlik Əkizlər həddən artıq diqqətsizdirlər. Bunun əsas səbəbi isə eyni anda bir çox şeyi düşünüb, bir əldə iki qarpız tutmağa çalışmalarıdır. Xərçəng - aqressivlik Xərçənglər həyat normal axarı ilə davam edərkən olduqca mehriban insanlardır. Lakin hər hansı gözlənilməz hadisə baş verəndə onlar çox tez özlərindən çıxırlar. Şir - təkəbbürlülük Şirlər o qədər təkəbbürlüdürlər ki, onlarla bir neçə dəqiqə vaxt keçirmək, özünüzü ikinci dərəcəli insan kimi hiss etməyinizə yetəcək. Bu isə onları yaxından tanıyan insanların zəhləsini tökür. Qız - vasvasılıq Onlar hər şeyin yerli yerində, nəzarətdə olmasına o qədər çox diqqət edirlər ki, ətrafdakı insanları da təngə gətirirlər. Tərəzi - gecikmə vərdişi Hər şeyin dəqiqliyinə diqqət yetirən insanlar olsalar da, tərəzilər heç vaxt deyilən vaxtda lazım olan yerə gəlib çata bilmir, insanları gözlədirlər. Əqrəb - qisas duyğusu Əqrəblər hər zaman insanlara yardım etməyə hazır insanlardır. Amma özlərinə qarşı ən kiçik yanlışı belə bağışlamır, bunun intiqamını almağa çalışırlar. Oxatan - əsəbilik Oxatanlar ağıllı, intuitiv və özünə güvənən insanlardır. Lakin bu özünəinam onları əks fikirlərə qarşı dözümsüz edir. Fikirlərinə zidd arqumentlər eşidən oxatan çox tez özündən çıxır. Oğlaq - işgüzarlıq Bu bürcün nümayəndələri olduqca iddialıdır. Məqsədlərinə çatmaq üçün işlərinə o qədər aludə olurlar ki, özəl həyatlarını ikinci plana atırlar. Bu isə dostlarını və sevdiklərini təngə gətirir. Dolça - konservativlik Onlar bütün fikirlərə açıq olsalar da, öz günlük həyat və vərdişlərini dəyişməyə nifrət edirlər. Onlar həyatlarını bildikləri kimi yaşamaq istəyirlər ki bu da onlarla uzun münasibət qurmağı çətinləşdirir. Balıqlar - qeybətcillik Niyyətləri heç də pis olmasa belə, qeybət etmək balıqlar üçün hava-su kimi vacib məsələdir. Digər insanların həyatları ilə bağlı bütün təfərrüatları bilmək istəyirlər. Bu maraqlılıqları isə təbii ki, əksər insanları bezdirməyə bilməz. Geri dön |