Ana Sayfa > Gözəllik və təbabət > Nanəli çayın faydaları
Nanəli çayın faydaları2-04-2019, 11:48. Yazar: ailehekimiklinikasi |
Nanəli çay çox dadlı və eyni zamanda müalicəvi içkidir. Ailehekimiklinikasi.az saglamolun.az-a istinadən xəbər verir ki, bu ətirli içkinin bir çox faydalı xüsusiyyətləri var: - sakitləşdirir, yorğunluğu aradan qaldırır, sinir gərginliyi azaldır, streslə mübarizə etməyə kömək edir - baş ağrılarını götürür - miqren tutması zamanı xəstənin vəziyyətini yaxşılaşdırr - yuxusuzluq zamanı kömək edir - həzmi yaxşılaşdırır, qarında spazmların, köpün, ağrıların qarşısını alır - ürəkbulanması zamanı yaxşı kömək edir - soyuqdəymə və zökəm zamanı faydalıdır - ürək-damar sistemi xəstəlikləri zamanı müalicəvi təsir edir - damarları genişləndirir, arterial təzyiqi normallaşdırır, ürəyin fəaliyyətini yaxşılaşdırır - nanəli çay qadın sağlamlığına çox müsbət təsir edir - menstruasiya ağrılarını azaldır, klimaks zamanı qadının vəziyyətini yüngülləşdirir. Nanəli çay dəmləmək üçün 1 çay qaşığı quru nanənin üzərinə 1 stəkan qaynar su tökün, 15 dəqiqə dəmləyin və süzün. Gün ərzində 1 stəkan nanəli çay içmək kifayətdir. Çaya bal, limon əlavə etmək olar. Həmçinin adi qara çay və ya yaşıl çay dəmlədikdə çaydana nanə əlavə edə bilərsiniz. Geri dön |