Ana Sayfa > Gözəllik və təbabət > Mədə ağrısını, köpü götürür, sümükləri bərkidir... – ŞÜYÜDÜN BİLMƏDİYİNİZ FAYDALARI
Mədə ağrısını, köpü götürür, sümükləri bərkidir... – ŞÜYÜDÜN BİLMƏDİYİNİZ FAYDALARI18-11-2023, 23:34. Yazar: ailehekimiklinikasi |
Şüyüd tərkibində olan bir çox mineral və vitamin sayəsində insan orqanizmi üçün olduqca faydalı göyərtidir. Lent.az şüyüdün insan orqanizminə inanılmaz faydalarını sadalayır. - Bir az doğranmış şüyüdü yeməklərdən təxminən 15 dəqiqə öncə yeyərək, özünüzü uzun müddət tox hiss edə bilərsiniz. - Tərkibində bol miqdarda fosfor, maqnezium, mis, dəmir, sink, A və C vitaminləri yer alır. - Bir dəstə şüyüd yeməklə gündəlik A vitamini ehtiyacınızın 43 faizini, C vitamini ehtiyacınızın isə 40 faizini qarşılaya bilərsiniz. - Həzmsizlik, mədə ağrısı və bu kimi sağlamlıq problemlərinin müalicəsində istifadə olunan təbii vasitədir. - Köpü aradan qaldırır. - Bol miqdarda kalsium ehtiyatı olan şüyüd sümük sağlamlığını qoruyur. - Hıçqırıq müalicəsində şüyüd istifadə oluna bilər. - Tərkibində olan B vitamini və yağlar sayəsində yuxusuzluğu önləyir, sakitləşdirici təsir göstərir. - Təbii bir insulin olaraq şəkər xəstələrinin istifadəsi üçün uyğundur. - Xərçəngin qarşısını alır. - Revmatizm, iltihab, qut, artrit və oynaq iltihabı xəstəliklərinin səbəb olduğu ağrıları müalicə edir. Sümükləri bərkidir. - Menstruasiya pozuntusu zamanı faydası var. - Ağız və diş xəstəliklərinə qarşı təsirlidir. Şüyüd yarpaqları istifadəsi ilə ağız içi infeksiyaları müalicə edə bilərsiniz. - Depressiyanı azaltmağa kömək edir. - Xolesterolu aşağı salır. - Nəfəs yolu xəstəliklərində müalicəvi təsiri var. Geri dön |